English         NAXÇIVAN MR DUZDAĞ  FİZİOTERAPİYA MƏRKƏZİ

DUZDAĞ

    Naxçıvan Respublika Fizioterapiya xəstəxanası 1979-cu il dekabr ayının 29-dan 50 çarpaylıq xəstəxana kimi Naxçıvan Duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir.

1980-cı ilin oktyabr ayından xəstəxanada çarpayıların sayı 100-ə çatdırılmışdır. Xəstəxananın yeraltı şöbəsi Naxçıvan şəhərindən 14 km aralıda yerləşir.

Xəstəxana 2 şöbədən ibarətdir.

    1. Yerüstü şöbə Naxçıvan şəhərində N.Nərimanov adına Respublika xəstəxanasında yerləşir.                                               

    2. Yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir. Onlardan ikisində qadın, ikisində kişi, birində uşaq palataları, ikisində istirahət foyeləri və s. vardır.

Naxçıvan Respublika Fizioterapiya xəstəxanası aşağıdakı əsas müalicəvi təsiredici parametrlərə malikdir.

    1 .Yerüstü iqlim:

    a) Ərazinin dəniz səviyyəsinin yüksəkliyi-950 m

    b) Orta illik temperatur-12-140C

              Yanvarda 5-100C, iyunda 35-400C

    v) Nisbi rütubəti 40-45%

    q) İllik yağıntının miqdarı 200-300 mm

    d) Atmosfer təzyiqi 1020 mm.c.st

    r) Günəşli günlərin sayı 260-280

 

    2. Yeraltı şöbənin mikroiqlimi:

    a) Dəniz səviyyəsindən yüksəkliyi - 1173 m

    b) Temperatur - 19-200 C

    v) Atmosfer təzyiqi - 682 mm.c.st

    q) Nisbi rütubət 23-35%

    d) Hava sürəti   0-0,1 m/s

    j) Yüksək dispersli Na+,CI+ ionları

            xəstə olmayanda - 17,5 mq/m3

            xəstə olanda  - 12,5 mq/m3

    z) Oksigen 20%

    g) Küy 15-20 DB

    Duz dağının qalınlığı 8,2 metr; Duzdağ duzunun tərkibi: NaCI - 98,4%; CaCI - 0,04% MqCI - 0,06%-dir.

Xəstələr şaxtada olduqda temperatur 0-50C, nisbi rütubət isə 5-10% arta bilər.

    Naxçıvan Fizioterapiya Xəstəxanasında spleoterapiya Ukraynanın Ujqorod  xəstəxanasının metodik göstərişlərinə uyğun aparılır. Belə ki, xəstələr ən əvvəl 2-3 gün xəstəxana ərazisində adaptasiya olunurlar. Bundan sonra saat 1800-dan - 800-a qədər, böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir.

    Müalicə başa çatdiqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeyd olunur.

Xəstələr şaxtaya getməklə bərabər, lazım gələrsə bəzi dərman preparatları, fizioproseduralar, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və s. alırlar. Mümkün qədər dərman preparatları az təyin edilir (xəstə kortikosteroidlər alırsa, doza tədcicən azaldılır) . Spleoterapiya xəstədə boğulma tutmaları (“Status asmatikus”) olmayan dövrdə və ya remissiya dövründə aparılır.

Naxçıvan Respublika Fizioterapiya xəstəxanasında spleoterapiya kursu keçmək üçün göstəriş və əks göstərişləri tərtib edilmişdir.

     Naxçıvan Respublika Fizioterapiya xəstəxanasının müalicəvi təsiri, digər Duz  şaxtalarından üstünlüyü ondadır  ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə adaptasiya olaraq girirlər. Xəstəxanada yeraltı şöbənin işlənmiş şahmatvari ştrixlərində ventilyasiya təbiidir, yəni havanın axın sürəti 0-0,1m/san yaxındır.  Şaxtada təbii yüksək disperli Na+CI+ ionları sabitdir. Mikrob cisimləri şaxtada çox azdır. Xəstəxananın yerləşdiyi sahə ekoloji cəhətdən yüksək təmizliyə malikdir. Buna görə şaxtada zəhərli qazlar (metan qazı) ümumiyyətlə yoxdur.

     Spleoterapiya almaq üçün aşağıdakı göstəriş və əks göstərişlər vardır:

     Göstərişlər:

    1) Predastma                                               

    2) Bronxial astma I mərhələ, infeksion-allergik və atopik formalı yüngül, orta ağır dərəcəli

    3) Bronxial astma I mərhələ, tənəffüs çatişmamazlığı l-ll mərhələ, ürək çatışmamazlığı I mərhələ.              

    4) Bronxial astma I mərhələ, yanaşı xroniki qeyri-obstruktiv bronxit və xroniki pnevmoniya l-ll mərhələ  (remissiya fazası).

    5) Xroniki bronxit astmatik komponentlə remissiya fazası.

    6) Allergik rinosinusopatiyalar.

    7) Pollinozlar.

     Mütləq əks göstərişlər:

    1) Bronxial astma II mərhələ.                                                                    

    2) Bronxial astma I mərhələ ağır gedişli, diffuz pnevmoskleroz, tənəffüs çafmamazlığı III mərhələ, ürək çatmamazlığı III mərhələ.

    3) Bronxoektaziya xəstəliyi.

    4) Ağ ciyərlərin absesi və qanqrenası.

    5) Ağ ciyərlərin vərəmi (bütün forma və mərhələlərdə).

    6) Qan dövranının çatmamazlığı III mərhələ.

    7) Ürək qüsurları subkompensasiya və dekompensasiya fazası.

    8) Hipertoniya xəstəliyi III mərhələ.

    9) Mədə və 12 barmaq bağırsağın yara xəstəlikləri.

    10) Tireotoksikoz.

    11) Böyrək daşı xəstəliyi.

    12) Anemiyalar.

    13) Şəkər xəstəliyi ll-lll mərhələ (İnsulindən asılı olan)

     Nisbi əks göstərişlər isə bunlardır:

     1)  Yuxarı və aşağı ətrafların olmaması.

     2)  Enurez.

     3) Xroniki poliartritlər.

     4)  Burun boşluğunun anatomik dəyişiklikləri (polip, adenoidlər)

     5)  Xroniki hepatoxolesistitlər.

   2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılmış, yeraltı şöbə genişləndirilmiş, müasir avadanliqlarla və ləvazimatlarla təmin olunmuşdur.

Xəstəxananın yeraltı şöbəsinə 300 metr giriş yolu genişləndirilmiş, yolboyu işıqlanma sistemi yaradılmışdır. Xəstəxananın yeraltı şöbəsinin elektrik xətləri tamamilə təzələnmişdir. Yeraltı şöbənin giriş hissəsi yenidən qurulmuş, şöbəyə yeni transformator qoyulmuşdur. Xəstələrin yeraltı şöbəyə aparılıb gətirilməsi üçün yeni avtobus ayrılmışdır. Şərur-Naxçıvan magistral yolundan xəstəxananın yeraltı şöbəsinə qədər olan 5 km yolda əsaslı təmir işləri aparılmışdır. Xəstəxananın yeraltı şöbəsi lazımi yumşaq və bərk inventarlarla tamamilə təmin olunmuşdur. Yeraltı şöbə əlavə 100 ədəd çarpayı ilə təmin edilmişdir.

duzdag@nakhchivan.az