English    Rus          NAXÇIVAN MUXTAR RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
DUZDAĞ FİZİOTERAPİYA XƏSTƏXANASI

MÜALİCƏ

   Xəstəxana açılan dövrdən indiyədək 35000-ə yaxın xəstə müalicə olunmuşdur (Spleoterapiya). Bu xəstələrin 30-35%-də boğulma tutmaları 3-5 il olmamışdır. Uşaqlarda bu göstərici daha yaxşı olmuşdur.

Yaxşılaşma uşaqlarda 4-cü, 5-ci günü qeyd edilir. Böyüklərdə isə bir qədər fərqlidir. Belə ki, xəstəliyin gedişindən asılı olaraq bir qrupunda yaxşılaşma iki həftədən sonra, bəzilərində müalicənin axırında, bəzilərində isə yaşayış yerinə gedəndən 15-30 gündən sonra qeyd edilir.

     Bronxial astmalı şəxslərdə spleoterapiyadan sonra boğulma tutmalarının sayı azalır və ya kəsilir; quru öskürək azalır və ya bəlğəmli öskürəklə əvəz olunur; yuxuları yaxşılaşır (gecə boğulma tutmaları azalır və ya kəsilir), təngənəfəslik azalır; qanda leykositlərin və eozonofillərin artmış miqdarı azalır; bəlğəmdə eozonofillər azalır; eritrositlərin çökmə sürəti normaya düşür və ya azalır; ağ ciyərlərin bir dəqiqəlik tənəffüsü azalır; bronx yolları təmizlənir (xəstələr havanı daha rahat alırlar); nəbzləri normallaşır və ya taxikardiya narahat etmir; sistolik və diastolik təzyiq nisbətən aşağı düşür (şaxtanın hipotenzif təsirini qeyd etməmək mümkün deyil).

    Elektrokardioqrammada yüksəlmiş T dişinin amplitudası nisbətən azalır. Qanın plazmasında sərbəst histaminin miqdarı azalır; histaminaza isə artır; histidindekorboksilaza azalır; nisbətən çox itirilmiş kalium bərpa olunur; kalsiumun və natriumun artmış miqdarı aşağı düşür.

Spleoterapiya nəticəsində albuminlərin miqdarı çoxalaraq 53-67%-ə qədər; qlobulinlərin miqdarı azalaraq 17,7-18,5%-ə çatır. Bu onu göstərir ki, həmçinin qara ciyərin zülal əmələ gətirməsi yaxşılaşir.                             

    Bronxial astmalı xəstələrdə terapevtik effekt şaxtanın xüsusi mikroklimatı, allergenlərin olmaması (allergen-allergik reaksiyaları törədən bir faktordur), havada aerozol şəkildə Na+ və Cl+ ionlarının olması nəticəsində yaranır. Daimi barometrik təzyiqin nəticəsində allergik iltihaba reflektorik təsir göstərilir. Allergik reaksiyaların zənciri qırılır və nəticədə kliniki, biokimyəvi effektlər yaranır.

    Ümumiyyətlə, müalicə kompleks aparılarsa daha yaxşıdır. Lazım gələrsə adrenalin 0,18% - 0,3-0,5, efedrin 5% - 0,5-1,0, alupent 0,5 dəri altına, venaya euphyllin 2,4% - 10,0, fizioloji məhlul 5,0-10,0 birlikdə, ağır hallarda venaya damcı üsulu ilə reopoliqlikin, disol və ya trisolla prednizalon, deksametazon, euphyllin, dimedrolla birlikdə xəstəliyin   ağırlıq   mərhələsinə görə uyğun dozalarda təyin olunur.

İnhalyatorlardan Salbutamol, Berotek, Berodual, Ditek, Serevent, Flixotide, Beklojet 250, Diprofos, mukolitik kimi Mukomist, Lazolvan, Bronxotil, Bronxobryu, Ambrolan, antihistamin preparatlardan Tavegil, Ketotifen, Fenkarol, Klaritin, Allerqozan, Zirtek antibiotiklərdən (penisillin və onun qrupundan başqa) rondomycini, metasiklin, rifampisin, doksisiklin, sumamed və s. məsləhət görülür. Allergiyaya həssas qidalar (limon, mandarin, portağal, moruq, yumurta, şokolad, balıq və yoxlanılan digər allergik qidalar) ləğv edilir.

     Xəstə ağır halda olduqda eliminasion terapiya da yanaşı təyin edilir.

Bronxial astma ilə yanaşı Naxçıvan Respublika Fizioterapiya xəstəxanasında asmatik bronxit, predastma, pollinoz kimi xəstəliklər də spleoterapiyadan sonra yaxşı nəticə verir.

Pollinoz (ingiliscə “Pollen”-tozcuq deməkdir) – allergik xəstəliklərin atopik qrupundandır. Bir sıra bitki, ağaclar, kolların allergen kimi tozcuqların təsirindən həssaslığa  yüksək  olan  adamlarda  konyuktivanın  iltihabı, burunun  selikli qişasının iltihabı, (rinit) bəzi hallarda isə bronxiaların, dəri və mədə bağırsağın selikli qişasının iltihabını verərək pollinoz adlı xəstəlik törədir. Xəstəlik mövsümi xarakter daşıdığından, yəni xəstənin hansı ayda pis olmağa başladığı vaxtdan 20-30 gün əvvəl spleoterapiya almalıdır.

Remissiya müddətini uzatmaq üçün xəstələrə ildə bir dəfə olmaqla 3 il dalbadal spleoterapiya kursu keçməsi tövsiyə edilir.

duzdag@nakhchivan.az