|
Ümumdünya səhiyyə təşkilatının məlumatına görə dünya əhalisinin
təqribən 10 %-i allergik xəstəliklərdən əziyyət çəkir. Bunun 1,5 –2
%-i bronxial astmanın payına düşür. Məlumata görə dünyada 15 milyon
nəfərə yaxın əhali bronxial astmalı xəstədir.
“Astma” - yunanca “təngənəfəslik, nəfəs tutulması” deməkdir.
Bronxial astma bronxlarda müxtəlif etioloji amillərdən asılı olaraq
sekresiyanın çoxalması,
bronxların selikli qişasının ödəmi, bronxların saya əzələlərinin
spazmı və bu hallardan
sonra boğulma tutması baş verən allergik, xroniki
xəstəlikdir.
Bir çox xəstəliklərin, həmçinin
bronxial astmanın müalicəsində duz şaxtası
şəraitində aparılan müalicə, yəni
spleoterapiya daha effektlidir.
“Spleoterapiya” yunanca
”Spelaion” – mağara, kaha və “terapiya” – müalicə deməkdir.
Duz şaxtası şəraitində
aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna,
Ruminiya və s. kimi
ölkələrdə geniş yayılmışdır.
Şaxta şəraitində ilk dəfə müalicə hələ 1871-ci ildə İtaliyanın
Florensiya şəhərinin yaxınlığında, Toskana vilayətinin Monsumman
yaşayış ərazisində
stalaktiv və stalaqmit şaxtasında revmatik poliartritə tutulmuş
xəstələrdə aparılmışdır. Şaxta şəraitində bronxial astmalı
xəstələrin müalicəsi ötən əsrin 40-cı illərində təsadüf nəticəsində
aşkara çıxmışdır. Ikinci dünya müharibəsində Sovet aviasiyasının
hava hücumu zamanı bombardmandan qorunmaq məqsədilə yerli əhali
Almaniyanın Vestfal şəhərindəki karst şaxtasına girmişlər.
Uzun müddət şaxtada qaldıqdan sonra bronxitlə və bronxial astma ilə
xəstə olanlar, gərgin əsəb pozğunluğuna və qorxuya baxmayaraq
özlərini yaxşı hiss etmişlər; belə ki, boğulma tutmaları kəsilmiş,
öskürək azalmışdır. Müharibədən sonra Klutert şaxtasında tənəffüs
sistemi xəstəlikləri üçün müalicə ocağı yaradılmışdır. Həmçinin
karst şaxtası Macanstanın Mişkolşe şəhərinin yaxınlığında Yoşvafe
əyalətində 1954-ci ildən, Gürcüstanın Sxaltubo şəhərinin
yaxınlığında “Petri-Movime” şaxtası 1971-ci ildən fəaliyyət göstərir.
Şaxtanın mikroklimatında kalsium ionları üstünlük təşkil edir.
Mikroklimatı natrium və xlor (Na+ Cl+) ionları
üstünlük təşkil edən duz şaxtalan da var. Belə şaxtalar Polşanın
Krakov şəhərində 1968-ci ildən, Ukraynanın Ujqorod şəhərinin
Solotvino qəsəbəsində 1972-ci ildən və Azərbaycanın Naxçıvan
şəhərində 1979-cu ildən fəaliyyət göstərirlər. Hələ Sovetlər
dövründə, 1980-cı ildə Ukraynanın Elmi-Tədqiqat Kurortologiya
institutunun direktoru professor M.D.Toroxtin Naxçıvan Respublika
Fizioterapiya xəstəxanasında ağ ciyər bronx aparatının
qeyri-spesifik xəstəliklərinin müalicəsinin aparılmasında
üstünlükləri nəzərə alaraq xüsusi rəy vermişdir. |