AZ    EN    RU

Cümə axşamı, 26 Dekabr 2024
(+994 36) 544-49-41  (+994 36) 554-03-87  duzdag@nakhchivan.az Duzdağ şaxtası yolu Naxçıvan, Azərbaycan

XƏBƏRLƏR

Muxtar respublikada turizmin inkişafı diqqətdə saxlanılır

Turizm inkişaf etmiş ölkələrdə iqtisadiyyatın mühüm sahələrindən biri olub əhali məşğulluğunun təmin edilməsində əsas rol oynayır. Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı diqqətdə saxlanılır, yeni xidmət sahələri yaradılır, infrastruktur yenilənir.
Muxtar respublikanın əlverişli coğrafi mövqeyi, flora və faunasının müxtəlifliyi, mədəni-tarixi irsi, zəngin milli mətbəxi, qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlər açır. Qədim dövrlərin yadigarı olan tarixi abidələr – Möminə xatın, Qarabağlar, Gülüstan türbələri, insanların ilk məskunlaşdığı yaşayış yeri Gəmiqaya, xalqımızın məğlubedilməzliyinin simvolu olan Əlincəqala, misilsiz təbiət ­abidələrindən Göygöl, Batabat, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və yüzlərlə digər sənət əsərləri Naxçıvan diyarının əsas turizm ehtiyatıdır.

Son dövrlər muxtar respublikada geniş vüsət almış tikinti-quruculuq işləri, müasir avtomobil

Ardını oxu...

Müasir hostellər kənd turizmi üçün mühüm şərtdir

Qarşıdan isti yay günləri gəlir. Belə havalarda kənddə istirahət edib, mənalı asudə vaxt keçirmək çoxlarının arzusudur. Uzaq məkanlara səyahətə çıxanlarla müqayisədə cəmisi bir-iki saatlıq məsafədə yaşıllıq içərisindəki kəndləri seçənlər də az deyil. Bu mənada, muxtar respublikamızda kənd sakinlərinə məxsus hosteltipli evlərin sayının artması kənd turizminin inkişafı üçün yaxşı imkanlar açır. Dağ kəndlərimizdəki bu cür yaraşıqlı evlər isti yay günlərində turistlərin rahatlığı üçün mühüm şərtlərdən biridir. 
Turistlərin mədəni istirahəti üçün yerləşmə imkanları, burada yaradılmış müasir şərait vacib tələbatlardandır. Belə ki, turizm haqqında primitiv təsəvvürlərin əksinə olaraq turistlərin təkcə rekreasiya və mədəni tələbatlarından

Ardını oxu...