AZ    EN    RU

Cümə, 27 Dekabr 2024
(+994 36) 544-49-41  (+994 36) 554-03-87  duzdag@nakhchivan.az Duzdağ şaxtası yolu Naxçıvan, Azərbaycan

Ümumdünya səhiyyə təşkilatının məlumatına görə dünya əhalisinin təqribən 10 %-i allergik xəstəliklərdən əziyyət çəkir. Bunun 1,5 –2 %-i bronxial astmanın payına düşür. Məlumata görə dünyada 300 milyon nəfərə yaxın əhali bronxial astmalı xəstədir.

“Astma” - yunanca “təngnəfə3slik, nəfəs tutulması” deməkdir. Bronxial astma bronxlarda müxtəlif etioloji amillərdən asılı olaraq sekresiyanın çoxalması, bronxların selikli qişasının ödəmi, bronxların saya əzələlərinin spazmı və bu hallardan sonra boğulma tutması baş verən allergik, xroniki xəstəlikdir. Bir çox xəstəliklərin, həmçinin bronxial astmanın müalicəsində duz şaxtası şəraitində aparılan müalicə, yəni speleoterapiya daha effektlidir.

“Speleoterapiya” yunanca ”Spelation” – mağara, kaha və “terapiya” – müalicə deməkdir. Duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Ruminiya və s. kimi ölkələrdə geniş yayılmışdır. Şaxta şəraitində ilk dəfə müalicə hələ 1871-ci ildə İtaliyanın Florensiya şəhərinin yaxınlığında, Toskana vilayətinin Monsumman yaşayış ərazisində stalaktit və stalaqmit şaxtasında revmatik poliartritə tutulmuş xəstələrdə aparılmışdır. Şaxta şəraitində bronxial astmalı xəstələrin müalicəsi ötən əsrin 40-cı illərində təsadüf nəticəsində aşkara çıxmışdır. İkinci dünya müharibəsində Sovet aviasiyasının hava hücumu zamanı bombardmandan qorunmaq məqsədilə yerli əhali Almaniyanın Vestfal şəhərindəki karst şaxtasına girmişlər. Uzun müddət şaxtada qaldıqdan sonra bronxitlə və bronxial astma ilə xəstə olanlar, gərgin əsəb pozğunluğuna və qorxuya baxmayaraq özlərini yaxşı hiss etmişlər; belə ki, boğulma tutmaları kəsilmiş, öskürək azalmışdır. Müharibədən sonra Klutert şaxtasında tənəffüs sistemi xəstəlikləri üçün müalicə ocağı yaradılmışdır. Həmçinin karst şaxtası Macarıstanın Mişkols şəhərinin yaxınlığında Yoşvafe əyalətində 1954-ci ildən. Şaxtanın mikroiqlimində kalsium ionları üstünlük təşkil edir. Mikroiqlimi natrium və xlor (Na+ Cl+) ionları üstünlük təşkil edən duz şaxtaları da var. Belə şaxtalar Polşanın Krakov şəhərində 1968-ci ildən, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində 1972-ci ildən və Azərbaycanın Naxçıvan Muxtar Respublikasında 1979-cu ildən fəaliyyət göstərirlər. Hələ Sovetlər dövründə, 1980-cı ildə Ukraynanın Elmi-Tədqiqat Kurortologiya institutunun direktoru professor M.D.Toroxtin Naxçıvan Respublika Fizioterapiya xəstəxanasında ağ ciyər bronx aparatının qeyri-spesifik xəstəliklərinin müalicəsinin aparılmasında üstünlükləri nəzərə alaraq xüsusi rəy vermişdir.