AZ    EN    RU

Cümə axşamı, 26 Dekabr 2024
(+994 36) 544-49-41  (+994 36) 554-03-87  duzdag@nakhchivan.az Duzdağ şaxtası yolu Naxçıvan, Azərbaycan

Naxçıvan Muxtar Respublika Fizioterapiya Xəstəxanası 1979-cu il dekabr ayının 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyətə başlamışdır.

1983-cü ilin oktyabr ayından xəstəxanada çarpayıların sayı 100-ə çatdırılmışdır.

2003-cü ildə xəstəxana ən müasir tələblərə uyğun yenidən qurulmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 202-05/S saylı 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə xəstəxanaya “Duzdağ Fizioterapiya Mərkəzi” publik-hüquqi şəxs statusu verilmiş və o, hazırda 474 çarpayı ilə fəaliyyət göstərir.

Mərkəzin yeraltı hissəsi duz mədənində əsas dağ sexində, girişdən 300 metr məsafədə,110 metr dərinlikdə 10 işlənmiş mağarada yerləşir.

“Duzdağ Fizioterapiya Mərkəzi“ aşağıdakı əsas müalicəvi təsiredici parametrlərə malikdir.

 

1 .Yerüstü iqlim:

a) Ərazinin dəniz səviyyəsinin yüksəkliyi – 1100 m

b) Orta illik temperatur – 12-14oC

    Yanvarda -20-25oC, iyunda 35-40oC

c) Nisbi rütubəti 40-45% 

d) İllik yağıntının miqdarı 200-300 mm

e) Atmosfer təzyiqi 655 mm.c.st

f) Günəşli günlərin sayı 260-280

 

 2. Yeraltı hissənin mikroiqlimi:

a) Dəniz səviyyəsindən yüksəkliyi – 1173 m

b) Temperatur – 18-20o C 

c) Atmosfer təzyiqi - 682 mm.c.st

d) Nisbi rütubət – 23-35%

e) Hava sürəti – 0,1 m/s

f) Yüksək dispersli Na+,Cl+ ionları

xəstə olmayanda – 17,5-21 mq/m3

xəstə olanda – 12,5 mq/m3

g) Oksigen – 20%

h) Küy – 15-20 DB

 

Duz dağının qalınlığı 8,2 metr; Duzdağ duzunun tərkibi: NaCl - 98,4%; CaCl - 0,04% MqCl - 0,06%-dir.

Xəstələr şaxtada olduqda temperatur 0-50C, nisbi rütubət isə 5-10% arta bilər.

Mərkəzdə speleoterapiya Ukraynanın Ujqorod  xəstəxanasının metodik göstərişlərinə uyğun aparılır. Belə ki, xəstələr ən əvvəl 2-3 gün xəstəxana ərazisində adaptasiya olunurlar. Bundan sonra saat 2000-dan - 800-a qədər, böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir. 

Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeyd olunur.

Xəstələr şaxtaya getməklə bərabər, lazım gələrsə bəzi dərman preparatları, fizioterapiya, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və s. alırlar. Mümkün qədər dərman preparatları az təyin edilir (xəstə kortikosteroidlər alırsa, doza tədricən azaldılır). Speleoterapiya xəstədə boğulma tutmaları (“Status asmatikus”) olmayan dövrdə və ya remissiya dövründə aparılır.

Duzdağ Fizioterapiya Mərkəzinin digər Duz şaxtalarından üstünlüyü ondadır  ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə adaptasiya olaraq girirlər. Yeraltı hissənin işlənmiş şahmatvari ştrixlərində ventilyasiya təbiidir, yəni havanın axın sürəti 0,1m/san yaxındır.  Şaxtada təbii yüksəkdisperli Na+Cl+ ionları sabitdir. Mikrob cisimləri şaxtada çox azdır. Yerləşdiyi sahə ekoloji cəhətdən yüksək təmizliyə malikdir. Buna görə şaxtada zəhərli qazlar (metan qazı) ümumiyyətlə yoxdur.

Speleoterapiya almaq üçün aşağıdakı göstəriş və əks göstərişlər vardır:

 

Göstərişlər:

1) Predastma.

2) Bronxial astma I mərhələ, infeksion-allergik və atopik formalı yüngül, orta ağır dərəcəli

3) Bronxial astma I mərhələ, tənəffüs çatışmazlığı l-ll mərhələ, ürək çatışmazlığı I mərhələ; pnevmoniya I-II mərhələ (remissiya fazası).

4) Bronxial astma I mərhələ, yanaşı xroniki qeyri-obstruktiv bronxit və xroniki pnevmoniya I-II mərhələ  (remissiya fazası).

5) Astmatik komponentli xroniki bronxit remissiya fazası.

6) Allergik rinosinusopatiyalar (remissiya fazası).

7) Pollinozlar.

 

 Mütləq əks göstərişlər:

1) Bronxial astma daxil olmaqla bütün xəstəliklərin kəskin dövrləri

2) Bronxial astma II mərhələ.

3) Bronxial astma I mərhələ ağır gedişli, diffuz pnevmoskleroz, tənəffüs çatışmazlığı (III mərhələ), ürək çatışmazlığı (III mərhələ).

4) Bronxoektaziya xəstəliyi.

5) Ağ ciyərlərin absesi və qanqrenası.

6) Ağ ciyərlərin vərəmi (bütün forma və mərhələlərdə).

7) Qan dövranının çatışmazlığı III mərhələ.

8) Ürək qüsurları (subkompensasiya və dekompensasiya fazası).

9) Stenokardiya 

10) Hipertoniya xəstəliyi (III mərhələ).

11) Mədə və 12 barmaq bağırsağın xora xəstəlikləri.

12) Tireotoksikoz.

13) Böyrək daşı xəstəliyi.

14) Anemiyalar.

15) Şəkər xəstəliyi II-III mərhələ (İnsulindən asılı olan)

16) Xroniki hepatit

 

 Nisbi əks göstərişlərisə bunlardır:

1) Yuxarı və aşağı ətrafların olmaması.

2) Enurez.

3) Xroniki poliartritlər.

4) Burun boşluğunun anatomik dəyişiklikləri (polip, adenoidlər).

5) Xroniki hepatoxolesistitlər.